Haqqımızda

Logix Tətbiqi Proqramlar Paketi 2004-cü ildən müştərilərinə FPro adı ilə xidmət göstərməyə başlamışdır. FPro proqram təminatının bariz cəhətlərindən biri onun yerli proqram təminatı məhsulu olmasıdır. Həmin dövrə qədər satışa çıxarılan bütün yerli məhsullar mühasibat sistemi olaraq təklif edilirdi. İlk dəfə rəsmi muhasibat uçotuna ehtiyac hiss etmədən daxili mühasibat sistemini yerli proqram təminatında aparmaq imkanı ortaya çıxmışdır. Ən əsası isə proqram təminatı muəssisənin fəaliyyəti istiqamətində məhz onun iş prinsipinə uyğun inteqrasiya edilirdi. Servis xidmətinin yerli mütəxəssislər tərəfindən görülməsi ortaya çıxmış bütün problemlərin qısa zaman içərisində aradan qaldırmasına imkan verir. 2010-cu ilədək FPro proqram təminatının 15-ə yaxın modulunun 100-ə yaxın modifikasiyası mövcud idi. 2010-cu ildən Logix adı ilə tanınmaya başlayan proqram təminatı, modulların sayını artırmaqla yanaşı Destec şirkətinin tərkibində korperativ bazarda yeni standartlarla satış və servisini aparmağa başlamışdır.

 

Hal-hazırda Destec şirkəti Logix Tətbiqi Proqramlar Paketi ilə 30-a yaxın modulu ilə 500-dən cox müəssisədə minlərlə istifadəçiyə xidmət göstərməkdədir. Hədəfimiz qısa zaman içərisində müəssisələrin ehtiyac duyduğu bütün modulların əsasını hazırlamaq və resursların planlaşdırılması və proqramlaşdırılmasını həyata keçirən yerli şirkət kimi orta və böyük müəssisələrin fəaliyətini avtomatlaşdırmaqdır.

 

 

 

 

Haqqımızda

Logix İdarəetmənin Avtomatlaşdırılması sistemi 2004-cü ildən müştərilərinə Fpro adı ilə xidmət göstərməyə başlamışdır. Fpro proqram təminatının bariz cəhətlərindən biri onun yerli proqram təminatı məhsulu olmasıdır.

Face
Copyright © 2014 | Site developed by ElitSolutions
f